Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə ”Təhsildə Gender Bərabərliyi”  mövzusunda tədbir keçirilib

15.02.2024

Lerik rayon Heydər Əliyev Mərkəzində "Təhsildə Gender Bərabərliyi"  mövzusunda tədbir keçirilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lerik səhər 1 saylı texniki fənlər təmayüllü liseyin direktoru Gültəkin Şıxəliyeva, Soru kənd tam orta məktəbinin  müəllimi  Nigar  Dövlətova, mərkəzin kiçik elmi işçisi Bahar  Mürsəliyeva, təlimçi  Ayfər Şakirli, rayon məktəbliləri və müəllimlər iştirak ediblər.

Tədbirdə çıxış edən  Nigar Dövlətova mövzu  haqqında qonaqlara və iştirakçılara ətraflı  məlumat verərək,  iştirakçılara göstərdikləri aktivliyə görə təşəkkür edib.

Lerik Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Mürsəliyeva və  Ayfər Şakirli  iştirakçılara   gender bərabərliyi sahəsində xüsusi işlər görmüş şəxsiyyətlərdən bəhs edən qısa hekayələr toplusu -  "Qəhrəmanlar onların gözü ilə" kitabçası haqqında məlumat veriblər.

Yekunda qonaqlar tədbir haqqında təəsüratlarını bölüşüb və iştirakçılarla  əldə etdikləri bilik və bacarığa dair müzakirə aparıblar. Məktəblilər diplom və hədiyyələrlə təltif ediliblər.

Qeyd edək ki, layihənin məqsədi Lerikdə  təhsil alan gəncləri gender bərabərliyi sahəsi üzrə maarifləndirmək, mütəxəssislərlə birlikdə məktəbli qız və oğlanların cəmiyyətə inteqrasiyasını və təhsil sistemində iştirakçılığını təmin etmək və  ayrı-seçkilik hallarının qarşısını almaqdır.